Məzmuna keç
Musiqi elmimədəniyyəti və təhsilinin aktual problemləri
Əsas səhifə / Arxiv / 2025, №1 / Musiqinin tədrisi metodikası

Azərbaycan bəstəkarlarının opera və baletlərində musiqi folklor nümunələrindən istifadənin tərbiyəvi əhəmiyyəti

Say: 2025, №1 (17) Səhifələr: 108–115 Dil: Azərbaycan UOT: 780.8:784.66

Xülasə

Təqdim olunan məqalədə Azərbaycan musiqi nümunələrinin Ü.Hacıbəyli, M.Maqomayev, A.Bədəlbəyli, F.Əmirov, Q.Qarayev, S.Rüstəmov, C.Cahangirov, V.Adıgözəlov, S.Ələsgərov, R.Mustafayev, Ş.Axundovanın musiqili səhnə əsər- lərində işlənmə problemi müzakirə olunur. Azərbaycan xalq musiqisi çoxəsirli tarixə və zəngin ənənəyə malikdir. Mahnılar, rəqslər, muğamlar, aşıq musiqisi – musiqi folklorunun bütün rəngarəngliyi həmişə professional musiqiçilərin diqqətini cəlb edib. Ancaq məhz milli musiqimizin baniləri Ü.Hacıbəyli və M.Maqomayevin öz səhnə əsərlərində çoxsaylı Azərbaycan xalq mahnılarının, rəqslərinin, muğam- larının, aşıq musiqisinin işlənmələrindən sonra, Azərbaycan bəstəkarları musiqi folklorunun müxtəlif nümunələrini öz opera, operetta və baletlərinə daxil etməyə başladılar. Məqalədə bu nümunələrdən və həmçinin xalq musiqisinin müxtəlif üsullarla bəstəkarlar tərəfindən istifadə edilməsindən danışılır. Musiqi və səhnə əsərlərində musiqi folklorunun olmasının tərbiyəvi əhəmiyyəti və onun ümumi musiqi inkişafına, qavrayışına və tərbiyəsinə təsiri xüsusi vurğulanır.
«Koroğlu» operasının uvertürası Üzeyir Hacıbəyli (1885–1948) — Opera, 1937