Məzmuna keç
Musiqi elmimədəniyyəti və təhsilinin aktual problemləri
Əsas səhifə / Jurnal haqqında

Jurnal haqqında

Jalə Qədimova — Pedaqogika elmləri doktoru, professor

XXI əsr dünya birliyinin inkişaf tarixində humanizm ideyalarının dirçəldilməsinə və insan fəaliyyətinin bütün sahələrinin humanitarlaşdırılmasına yönəldilən yeni əsrdir.

Müasir cəmiyyətin ümumi humanist meyləri, elmi-texniki tərəqqinin templərini mənəvi ümumbəşəri mədəniyyətin inkişafı ilə tarazlaşdırmağa çalışaraq, musiqi elmi, mədəniyyəti və təhsilinin inkişafı sahəsində vəzifələrin aktuallığını şərtləndirir.

Elmi idrakın bu sahəsinin əhəmiyyəti bilavasitə müasir cəmiyyətin demokratikləşdirilməsi ideyaları, insan şüurunun humanist dəyərlərə orientasiyası ilə bağlıdır. Hazırda musiqi elmi, mədəniyyəti və təhsili dünyası şəxsiyyətin intellektual və mənəvi təməlinin formalaşdığı xüsusi bir sahədir.

Jurnal bu mövqedən irəli gəlir və ilk dəfədir ki məhz musiqi təhsili sahəsini əhatə edir, musiqi fəaliyyətinin qarşılıqlı əlaqəli üç elmi sahəsini – elm, mədəniyyət və təhsili birləşdirir.

Məqsədlərimiz

  • musiqi elmi, mədəniyyəti və təhsilinin müxtəlif problemlərinə elmi-tədqiqat marağının beynəlxalq səviyyədə aktivləşdirilməsi;
  • müxtəlif ölkələrin alimlərinin elmi idrakın bu sahələrində yaradıcılıq ünsiyyəti və əlaqə imkanlarının genişləndirilməsi;
  • alimlərin elmi ideyalarının, praktiki təcrübəsinin və nailiyyətlərinin həyata keçirilməsi üçün real imkanların və şəraitin yaradılması;
  • dərc olunan işlərin müəlliflik hüquqlarına ciddi riayət olunması.

Jurnal Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Şurasının 15 aprel 2016-cı il tarixli 15 saylı qərarı ilə çap olunur. Təsisçi: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti.

«Koroğlu» operasının uvertürası Üzeyir Hacıbəyli (1885–1948) — Opera, 1937