Azərbaycan mahnılarının görkəmli ifaçısı Nərminə Məmmədova
Xülasə
Təqdim olunan məqalə, Azərbaycan mahnı janrının görkəmli ifaçısı olan Nərminə Məmmədovanın həyat və yaradıcılıq irsi tədqiq olunmuşdur. Nərminə Məmmədova, xalqın böyük sevgisini qazanan və unudulmaz səsə sahib olan bir sənətkardır. Yazıda onun bəstəkar mahnıları, xalq mahnıları və Kərkük nəğmələri ilə zəngin repertuarı geniş şəkildə araşdırılır. Nərminə Məmmədovanın 30 illik sənət həyatı ərzində bir dəfə də konsert verməməsinə baxmayaraq də, radio və televiziyada səslənən ifaları ilə milyonlarla tamaşaçı və dinləyicinin qəlbini necə fəth etdiyi məxsusi olaraq vurğulanır. Məqalədə həmçinin Nərminə Məmmədovanın mürəkkəb şəxsi həyatı, atasının yaşadığı sürgünlük və özünün bu çətin dövrdə yaşadığı məhrumiyyətlər də təsvir edilmişdir. Yazıda onun həyatında və yaradıcılığında mühüm rol oynayan bir sıra hadisələr və şəxsiyyətlər də əks olunmuşdur. Nərminə Məmmədovanın təvazökar şəxsiyyəti və yüksək sənətkarlığı ilə yadda qalanlığı da qeyd olunur. Məqalə, onun xalq mahnılarının qorunub saxlanılmasında və gələcək nəsillərə çatdırılmasında oynadığı əhəmiyyətli rolu da özündə vurğulayır.