Bədii təhsilin inkişafı
Xülasə
Azərbaycan müasir dövrdə dünyaya fəal şəkildə inteqrasiya edir. Milli mədəniyyətimizin qədimliyini, zənginliyini nəzərə alaraq, kontekst əhəmiyyətə malik bütün problemlər xüsusi aktuallıq kəsb edir. Bu mənada ən mühüm humanitar problemlərdən biri azərbaycançılıq adlanan anlayışın öyrənilməsi, xarakteriustikası, əsaslandırılması problemidir. Burada ən mühüm məsələ milli- spesifik xarakteristikalardan ibarətdir. Müasir sosial, bədii, mədəni prinsiplərlə səsləşən musiqi tərbiyəsi musiqi-pedaqoji prosesin vacib tərkib hissəsidir. Müasir dövrdə musiqi-pedaqoji prosesdə yaradıcı göstərişlərin formalaşmasına şərait yaratmaq, onu istiqamətləndirmək aktual problemlərindən biridir. Müasir musiqi problematikasına retrospektiv baxış onu deməyə imkan verir ki, musiqi-pedaqoji proses çərçivəsində tarixi-nəzəri müsiqişünaslığın problemlərinin öyrənilməsi bu gün son dərəcə vacibdir. Söhbət Azərbaycan musiqi mədəniyyətinin milli genofonduna olan marağın tərbiyə olunmasından gedir.