Məzmuna keç
Musiqi elmi
Əsas səhifə / Arxiv / 2024, №1 / Musiqi sənəti

Bəstəkar İlahə Qismətin “Rəngli lövhələr” adlı fortepiano məcmuəsi

Say: 2024, №1 (15) Səhifələr: 109–119 Dil: Azərbaycan UOT: 785

Xülasə

Azərbaycan bəstəkarlıq məktəbinin yeni gənc nəslinin yetirməsi olan İlahə Qismətin təqdim etdiyi “Rəngli lövhələr” adlı fortepiano məcmuəsi ifaçılar tərəfindən böyük məhəbbətlə ifa olunaraq pedaqoji ifaçılıq proqramına daxil edilib. Belə ki, bu məcmuə 2 bölmədən ibarətdir. I bölmədə 9, II bölmədə isə 14 pyeslər təqdim edilir. Məcmuənin I bölmədəki pyesləri uşaq məktəblərinin şagirdlərinin ifası üçün, II bölmədəki pyeslər öz mürəkkəbliyi, ifa texnikasına görə ali məktəb tələbələri üçün nəzərdə tutulub. İfadə vasitələri – temp, ölçü, ritm, metr, ifa texnikasına görə müxtəlif olan pyeslərin bəziləri artıq Azərbaycanda deyil, onun hüdudlarından uzaqlarda da geniş dinləyici kütləsi əhatəsində müvəffəqiyyətlə ifa olunub. Bunlardan “The World of Nasimi”, “Cəsus” pyeslərini misal göstərmək olar.
«Koroğlu» operasının uvertürası Üzeyir Hacıbəyli (1885–1948) — Opera, 1937