Məzmuna keç
Musiqi elmi
Əsas səhifə / Arxiv / 2019, №1 / Məktəbəqədər təlim, tərbiyə

Kar uşaqların sosial reabilitasiya və adaptasiya problemləri

Say: 2019, №1 (6) Səhifələr: 118–122 Dil: Azərbaycan UOT: 376

Xülasə

Müasir dövrdə eşitmə qüsurlu uşaqların sosial reabilitasiya və adaptasiyası Azərbaycanda surdopedaqogika və surdopsixologiyanın nəzəri və praktiki cəhətdən ən vacib məsələlərdən biri olub, hələ dərindən araşdırılmamışdır. Bu məqalə məhz həmin problemin araşdırılmasına həsr edildiyi üçün çox aktualdır. Eşitmə qüsurlu uşaqlara reabilitasiya-adaptasiya prosesinin təşkili öz strategiya və taktikasına, istiqamətinə, istifadə edilən metod və üsullarına, alınan nəticələrə görə bir-birindən fərqlənir. Buna görə də sosial reabilitasiya- adaptasiya prosesini vahid bir sistem kimi, eşitmə qüsurlu uşaqların şəxsiyyət kimi inkişafını müəyyən edən bir-biri ilə bioloji və sosial amillərin qarşlıqlı fəaliyyəti kimi dəyərləndirmək lazımdır.
«Koroğlu» operasının uvertürası Üzeyir Hacıbəyli (1885–1948) — Opera, 1937