Məzmuna keç
Musiqi elmi
Əsas səhifə / Arxiv / 2019, №1 / Məktəbəqədər təlim, tərbiyə

Məktəbəqədər yaşlı serebral iflicli uşaqların loqopedik müayinəsinin təşkili

Say: 2019, №1 (6) Səhifələr: 134–139 Dil: Azərbaycan UOT: 376

Xülasə

Məktəbəqədər yaşlı serebral iflicli uşaqların loqopedik müayinəsi iki mərhələdə aparılır: I mərhələ hazırlıq mərhələsi adlanır. II mərhələ isə kompleks müayinə mərhələsidir. I mərhələdə loqoped uşağın valideynləri və onunla əvvəllər məşğul olan şəxslərlə söhbət apararaq, tibbi, pedaqoji sənədlərlə tanış olur, uşağın yaşı, serebral iflic diaqnozunun qoyulma zamanı və yanaşı diaqnozların olub- olmaması haqqında geniş məlumatlar toplayır. Nitqin, psixi funksiyaların, hərəkət sahəsinin inkişaf xüsusiyyətlərinin, müxtəlif analizator sistemlərinin fəaliyyətinin hərtərəfli kompleks müayinəsi loqopedə nitq inkişafındakı çatışmazlıqlara obyektiv qiymət verməyə və onların korreksiyası yollarını müəyyənləşdirməyə imkan verir.
«Koroğlu» operasının uvertürası Üzeyir Hacıbəyli (1885–1948) — Opera, 1937