Məktəblilərin harmonik eşitmə qabiliyyətinin inkişafı
Xülasə
Məqalədə şagirdlərin musiqi fəaliyyətinin səmərəli olması üçün onların müəyyən musiqi qabiliyyətlərinin olmasının vacibliyindən bəhs olunur. Qeyd olunur ki, bu qabiliyyətlər musiqinin qavranılması prosesində əmələ gəlməlidir. Lakin musiqinin qavranılması mürəkkəb bir proses olub dinləyicidən müəyyən bir hazırlıq və müəyyən inkişaf tələb edir. Buna görə də harmonik eşitmə qabiliyyətinin inkişaf etdirilməsi musiqi dərslərinin vacib vəzifələrindən biridir. Məqalədə ilk dəfə olaraq musiqinin tam qavranılması üçün emosiya və eşitmə qabiliyyətinin qarşılıqlı əlaqədə inkişaf etməsinin önəmi və buna görə də şagirdlərdə müxtəlif qabiliyyətlərin kompleks şəkildə inkişaf etdirilməsшnin labüdliyi göstərilir.