Müasir musiqi təhsilində ənənələr və innovasiyalar
Xülasə
Məqalədə müasir musiqi-pedaqoji təhsildə innovativ proseslərin əsas xüsusiyyətləri araşdırılır. İnnovasiyalarla ənənələr arasında qarşılıqlı əlaqə göstərilir. Musiqi-pedaqoji təhsilin innovativliyini təmin edən tədris texnologiyaları təqdim olunur. Pedaqoji innovasiyalar fəaliyyət növlərinə, dəyişikliklərin xarakterinə və miqyasına, yaranma mənbəyinə və yenilik əlamətinə görə təsnif edilir. Müasir musiqi pedaqogikasının irəli sürdüyü problemlərin həllinin istiqa- mətləndirilməsinə ehtiyac yaranır. 2013-cü ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ümumtəhsil məktəbləri üçün musiqi fənni üzrə təhsil proqramı ölkədə musiqi təhsilinin inkişafı üzrə yeni bir proqram təsdiqlənir.