Muğam probleminin multidissiplinar tədqiqinin perspektivləri
Xülasə
Mövcüd olan baxışlardan və mövqelərdən bir qədər kənarlaşaraq, bu məqalədə muğam irsi dünya qanunlarını rasional dərketməyə alternativ olan idrak üsulu kimi işıqlandırılır. Muğam fenomeni probleminin tədqiqində elmi axtarışın predmeti və obyekti kimi ətraf dünyamızın dərkində batini intuitiv duyumla zahiri fiziki qavrayışın arasında tarazlıq yaratmaqla Dünya Yaradıcılıq İdeyasının dərkinin əbədi axtarışında olan insan şüuru çıxış edir. Başlanğıc mövqe olaraq muğam probleminin multidistsiplinar yanaşma ilə öyrənilməsinin vacibliyi və perspektivliyi əsaslandırılır.