Məzmuna keç
Musiqi elmimədəniyyəti və təhsilinin aktual problemləri
Əsas səhifə / Arxiv / 2019, №1 / Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi

Musiqi fənlərinin tədrisində kulturoloji və sənətşünaslıq aspektlərinin dərinləşdirilməsi

Say: 2019, №1 (6) Səhifələr: 10–18 Dil: Azərbaycan UOT: 76:378.18

Xülasə

Sənətlərin qarşılıqlı əlaqədə, kompleks şəkildə öyrənilməsi müasir dövrdə incəsənətin spesifikasının mühüm məsələsinin aydınlaşdırılması üçün böyük imkanlar yaradır. Sistemlilik, sənətlərin qarşılıqlı əlaqələrinin dinamikasının tədqiq edilməsi spesifikanın və onun hər bir növünün öyrənilməsi üçün lazımi zəmin yaradır. İncəsənətin spesifikasının öyrənilməsi nəinki incəsənət və elmin müqayisə edilməsini, həm də onun müxtəlif növləri ilə insanın mənəvi və maddi fəaliyyətinin bütün yaxın formaları arasında mövcud münasibətlərin məcburi araşdırılmasını nəzərdə tutur. Yalnız bu tədqiqatların nəticələrini müqayisə etməklə və bütün sənət növlərinin özünəməxsusluğu arasında olan ümumiliyi müəyyən etməklə, hər bir növün mahiyyəti və bədii xüsusiyyətləri haqqında məsələni həll etmək olar.
«Koroğlu» operasının uvertürası Üzeyir Hacıbəyli (1885–1948) — Opera, 1937