Musiqi vasitəsilə məktəbəqədər yaşlı uşaqların estetik tərbiyəsi
Xülasə
Uşağın tərbiyə vasitələrindən biri də musiqidir. Musiqili inkişafın harmoniyası bütün yaş dövrlərində olan uşaqlar üçün vacibdir. Lakin məktəbəqədər yaşlı uşaqlar musiqiyə xüsusi ehtiyac duyurlar. Bu dövrdə musiqi həssaslığının fəal inkişafı baş verir. Musiqinin qavranılmasından aldıqları təəssüratlar uşağın hafizəsində uzun müddət qalır. Məhz buna görə də pedaqogika uşaqların erkən yaşlarından musiqi tərbiyəsinə böyük diqqət yetirir. У.А.Абасова