Musiqi və ədəbiyyatın sintezində bəzi xüsusiyyətlər
Xülasə
Məqalədə bədii janrların qarşılıqlı əlaqəsi problemlərinə baxılır. Qeyd olunur ki, bu son illərdə estetika, musiqi nəzəriyyəsi və ədəbiyyat nəzəriyyəsi üzrə mütəxəssislərin diqqətini cəlb edən problemlərdən biridir. Eyni zamanda bu problemin araşdırılması musiqi pedaqogikası üçün də vacibdir. Pedaqogikada buna inteqrasiya və ya fənlərarası əlaqə deyilir. Eyni zamanda musiqi və söz birləşdikdə böyük estetik və ideoloji təsir gücünə malik olur. Məqalədə toxunulan məsələlər gənc nəslin tərbiyəsi baxımından çox əhəmiyyətlidir. Məqalədə bu problemin həlli yollarının dünya elmində qədim dövrlərdən bizim zamnımıza qədər axtarışları öz əksini tapmış, eynizamanda bu günkü günün tələblərini nəzərə alaraq, bəzi fikir və təkliflər konkret misallarla və nümunələrlə irəli sürülmüşdir. İlk dəfə olaraq belə fikir irəli sürülür ki, mahnıların sözləri ilə melodiyası arasındakı qarşılıqlı əlaqələri üç halda mövcud olur.