Müslüm Maqomayev adına Vokalçıların Beynəlxalq müsabiqəsinin gənc ifaçıların yaradıcılığına təsiri
Xülasə
M.Maqomayev adına vokal ifaçılarının beynəlxalq müsabiqəsi ifaçılarının fəaliyyətlərinin qiymətləndirilməsində, onların hərtərəfli ifaçı kimi inkişafında böyük rol oynayır. M.Maqomayev adına müsabiqə öz- özlüyündə böyük mədəniyyət hadisəsidir və öz formatına görə beynəlxalq təcrübədə yenidir. Müsabiqə estrada və klassik oxuma sənətinin xüsusiyyətlərini özündə birləşdirir. Bu səbəblə çox çətin yarışlardan sayılır. Həmçinin burada M.Maqomayev irsinin ötürülməsi də vacib amillərdən biridir.