Ümumtəhsil məktəbdə sinifdənxaric musiqi tərbiyəsi. Onun formaları və növləri
Xülasə
Sinifdənxaric iş şagirdlərin önündə böyük imkanlar açır. Onlar sevdiyi işlə daha dərindən məşğul ola bilir, ümumiyyətlə, bu iş musiqiyə daha böyük marağı, yeni bilik və bacarıqların əldə edilməsinə həvəs oyadır. Şagirdlər məktəb dərslərinin həyatla əlaqəsini şəxsi təcrübələrində müşahidə edir, musiqi dərslərində aldıqları bilik və bacarıqları sinifdənxaric işdə də fəal şəkildə tətbiq etməyi öyrənirlər. Elmi yenilik: Məqalədə musiqi təlim-tərbiyəsi ilə bağlı sinifdənxaric iş formaları və növləri araşdırılır. İlk dəfə olaraq müxtəlif məktəb dərnəklərinin inteqrasiyalı fəaliyyəti göstərilir.