Xalq mahnılarının pedaqoji prosesdə rolu
Xülasə
Azərbaycan xalq mahnılarının tədrisdə rolu və onların şagirdlərin musiqi mədəniyyətinin formalaşmasında oynadığı əhəmiyyətli rol təhlil edilmişdir. Musiqinin insan duyğularına və tərbiyəsinə təsiri vurğulanaraq, xalq mahnılarının milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsindəki funksiyası izah olunmuşdur. Xalq mahnıları nəinki şagirdlərin musiqi duyumunu inkişaf etdirir, həm də onların estetik zövqünü, nitq bacarıqlarını, sosial və emosional ünsiyyət bacarıqlarını gücləndirir. Məqalədə, xalq mahnılarının məzmunu və onların müxtəlif janrlara bölünməsi haqqında məlumat verilmiş, həmçinin bu musiqi nümunələrinin məktəb təhsilində istifadəsi və tədris metodikası ətraflı izah olunmuşdur.