Azərbaycan cəmiyyətində milli-mənəvi dəyərlərin yeri
Xülasə
Azərbaycan xalqının milli-mənəvi dəyərləri əsrlər boyu formalaşaraq xalqın kimliyini, mədəniyyətini və həyat tərzini əks etdirən mühüm amillərdən biri olmuşdur. Adət-ənənələr, dini inanclar, ailə münasibətləri, qonaqpərvərlik və böyüyə hörmət kimi xüsusiyyətlər bu dəyərlərin əsasını təşkil edir. Toy və yas mərasimləri, eləcə də Novruz bayramı kimi bayramlar milli irsin qorunmasında mühüm rol oynayır. Ümummilli lider Heydər Əliyev milli dəyərlərin qorunmasına xüsusi diqqət yetirmiş, bu siyasət bu gün İlham Əliyev tərəfindən davam etdirilir. Ailə, məktəb və cəmiyyət gənc nəslə vətənpərvərlik ruhunu aşılayır. Bu dəyərlər xalqın birliyini gücləndirir və milli kimliyin gələcək nəsillərə ötürülməsinə xidmət edir, cəmiyyətin mənəvi inkişafında mühüm rol oynayır və Azərbaycanın zəngin mədəni irsinin dünyada tanıdılmasına da böyük töhfə verir. Bununla yanaşı, milli-mənəvi dəyərlərin qorunması xalqın tarixinin və mədəniyyətinin yaşadılması baxımından da xüsusi əhəmiyyət daşıyır.