Məzmuna keç
Musiqi elmi
Əsas səhifə / Arxiv / 2026, №1 / Musiqinin tədrisi metodikası

Ümumtəhsil məktəblərində şagirdlərin klassik musiqiyə marağının formalaşdırılması

Say: 2026, №1 (19) Səhifələr: 51–56 Dil: Azərbaycan UOT: 372.878:373.3/.5

Xülasə

Məqalə şagirdlərdə klassik musiqiyə marığın artırılması və formalaşdırılması probleminə həsr edirlmişdir. Burada qeyd edilir ki, müasir musiqi təhsilinin məqsədi təkcə müxtəlif bilik, bacarıq və vərdişlərə deyil, həm də zəngin daxili aləmə malik hərtərəfli insan yetişdirməkdir. Bunun üçün isə şagirdləri klassik musiqiyə cəlb etmək vacibdir, çünki simfonik, opera, kamera və vokal musiqi janrları yeniyetmələrin ümumi inkişafında böyük rol oynayır. Klassik musiqi nümunələrinin dinlənilməsi və təhlili həm şagirdlərin yüksək bədii zövqünü formalaşdırır, həm də onların bədii təfəkkürlərinin və musiqi qabiliyyətlərinin inkişafına təkan verir. Buna görə məqalənin mövzusu aktuallıq kəsb edir.
«Koroğlu» operasının uvertürası Üzeyir Hacıbəyli (1885–1948) — Opera, 1937