Məktəblilərin fənlərarası sintez prosesində psixoloji proseslərin inkişafı
Xülasə
Məqalədə qeyd olunur ki, məktəblərdə psixoloji və pedaqoji elm və təcrübədə fənlərarası bilikləri cəlb edərək musiqi vasitəsilə qavrama, obrazlı təfəkkür və təxəyyülün inkişafı problemi böyük əhəmiyyət kəsb edir. Bu, həm musiqi əsərlərinin fəal qavranılması, həm də müxtəlif yaş dövrlərində məktəblilərin əqli fəzliyyətləriunin xüsusi əhəmiyyəti ilə əlaqəlidir. Musiqi dərslərində müxtəlif elm sahələrinə aid elementar biliklərdən istifadə bu sənət növünün bədii, əxlaqi və estetik mahiyyətini dərk etməyə, həyatın mənəvi və maddi dəyərləri əsasında olan aşkar əlaqələrə əmin olmağa imkan yaradır.Yaradıcılıq fəaliyyətində məmnunluq, zövqalma, uğur, özünəgüvən və onlara əks olan emosiyalar böyük əhəmiyyətə malikdir. Bunlar əqli əməliyyatlar nəticəsində müvafiq obrazlı təsəvvürlərə çevrilirlər.