Azərbaycanın ilk qadın piano ifaçıları və onların maarifçilik fəaliyyətləri
Xülasə
Məqalə müəllifi qeyd edir ki, XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda ictimai, siyasi, sosial durum ağır olduğuna baxmayaraq Azərbaycan xalqı özünün mədəni inkişafını dayandırmamışdı. Bu dövrdə əsas aparıcı və məsuliyyətli iş milli ziyalıların, maarifpərvər və xeyriyyəçilərin üzərinə düşürdü. Məqalədə azərbaycan millətindən olan ilk qadın piano ifaçılarının və xüsusilə X.Qayıbova və K.Səfərəliyevanın bu sahədə olan fəaliyyətləri tədqiq olunur. Qeyd olunur ki, X.Qayıbova ifaçılıq fəaliyyəti ilə yanaşı bir sıra tədris ocaqları yaradır, uşaq xoru, musiqi-dramatik studiya- teatr təşkil edir. O, xalq dastanları, mahnı və muğamların toplanması ilə məşğul olur. K.Səfərəliyeva pianoçu-pedaqoq, metodist, musiqi redaktoru, təbliğatçı və ictimai xadim kimi çoxşahəli fəaliyyət göstərir. Məqalədə xüsusi ilə vurğulanır ki, biz müəllimlərin əsas vəzifəsi gənc nəslə millətimizin görkəmli nümayındələrinin həyat və yaradıcılıqları ilə yanaşı, onların maarifçilik fəaliyyətləri haqqında geniş məlumat verməyimiz vacibdir.