Məzmuna keç
Musiqi elmi
Əsas səhifə / Arxiv / 2025, №1 / Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi

İnkişafedici pedaqoji texnologiyaların mahiyyəti

Say: 2025, №1 (17) Səhifələr: 86–92 Dil: Azərbaycan UOT: 37.018.43

Xülasə

Məqalədə tədris prosesi və onun həyata keçiriliməsində inkişafedici texnologiyaların tətbiqindən bəhs olunur. Son illərdə təhsilin keyfiyyətinin artırılması, qarşıya qoyulan məqsədə nail olmaq, dövrün tələblərinə uyğun olaraq gənc nəslin - öyrənənlərin daha effektiv üsullarla tərbiyə edilməsi, bilik və bacarıqlarının artırılması təhsilin aktual elmi-praktik problemlərindən birinə çevrilmişdir. Təhsil prosesinin iştirakçıları zamanın və cəmiyyətin tələbləri ilə ayaqlaşmaq üçün müasir təhsil texnologiyalarından yararlanmalı və ondan istifadə etməyi bacarmalıdır. Texnologiyadan düzgün istifadə edən hər kəs öyrənmə təcrübəsini artıra, təhsil resurslarına daha asan çıxış edə, əməkdaşlığı gücləndirə və fərqli öyrənmə üslublarına uyğunlaşa bilər. Təhsil texnologiyaları isə daha güclü və inkişaf etmiş bir cəmiyyət qurmağa dəstək olur. Məqalədə tədris zamanı istifadə olunan metodların çatışmazlığları və inkişafedici texnologiyaların üstünlükləri xarakterizə olunur. Həmçinin, məqalədə problemli, evristik və interaktiv təlim texnologiyaları haqqında qısa məlumat verilir. Bu texnologiyalar şagirdlərin yaradıcılığını, tənqidi təfəkkürünü və müstəqil öyrənmə bacarıqlarını inkişaf etdirməyə yönəlib. Müasir təhsil yanaşmalarının tətbiqi, həm də müəllimlərin peşəkar fəaliyyətini zənginləşdirir, onlara təcrübə qazandırır.
«Koroğlu» operasının uvertürası Üzeyir Hacıbəyli (1885–1948) — Opera, 1937