Məzmuna keç
Musiqi elmi
Əsas səhifə / Arxiv / 2025, №1 / Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi

Mədəni irsin musiqi təhsilində rolu

Say: 2025, №1 (17) Səhifələr: 80–85 Dil: Azərbaycan UOT: 37.035:78

Xülasə

Bu məqalədə mədəni irsin musiqi təhsili alan şagirdlərin həyatındakı rolu araşdırılır. Məqalə mədəni irsin musiqi təhsilindəki vacib rolunu və mühüm əhəmiyyətini özündə əks etdirir. Burada qeyd olunur ki, şagirdlərdə mədəni irsi formalaşdırmaq onları nəinki bir musiqi sevər kimi inkişaf etdirir, hətta şəxsiyyət kimi formalaşdırır. Məqalədə maddi mədəni irs ilə qeyri-maddi mədəni irsin fərqi açıq şəkildə qeyd olunmuşdur. Həmçinin məqalədə mədəni irsin qorunması və inkişafına musiqiçilərin dəstək olması, eləcə də cəmiyyətin bütün üzvlərinin bu prosesdə iştirak etməsi xüsusi vurğulanmışdır. Bu məqalədə şagirdlərə musiqi dinlətməyin, xüsusən də milli musiqi dinlətməyin faydaları qeyd olunmuşdur. Məqalədə musiqi dərslərində şagirdlərə milli musiqi alətlərimizin öyrədilməsinin həm onların şəxsiyyət kimi formalaşmasına, həm də mədəni irsimizin inkişafına olan töhfələrindən söhbət açılır. Belə ki, mədəni irsin musiqi müəllimi üçün əhəmiyyətinin bütün aspektləri tam şəkildə araşdırılmış, musiqi təhsilindəki mədəni irsin dörd əsas funksiyası da tam aydın şəkildə açılmışdır. Həmçinin bu məqalədə muğam janrının musiqi dərslərində şagirdlərə öyrədilməsinin vacibliyi və əhəmiyyəti qeyd olunub.
«Koroğlu» operasının uvertürası Üzeyir Hacıbəyli (1885–1948) — Opera, 1937