Məzmuna keç
Musiqi elmimədəniyyəti və təhsilinin aktual problemləri
Əsas səhifə / Arxiv / 2018, №2 / Məktəbəqədər təlim, tərbiyə

Məktəbəqədər yaşlı uşaqların milli-mənəvi tərbiyəsində bağçanın ailə ilə əlbir işi

Say: 2018, №2 (5) Səhifələr: 198–201 Dil: Azərbaycan

Xülasə

Ailə cəmiyyətin özəyidir. O hər bir insanın həyatında xüsusi yer tutur. Ailədə valideynlər və uşaqlar arasında mənəvi bağlılıq var. Ailənin mənəvi mədəniyyəti cəmiyyətin mənəvi mədəniyyətini əks etdirir. Təcrübə göstərir ki, uşaqların erkən yaşdan millilik ruhunda tərbiyə edilməsi ilk öncə ailədə, sonra isə bağçada həyata keçirilir. Uşaq bağçası və ailə arasında vahidlik prinsipinin gözlənilməsi məqsədə müvafiqdir. Valideyn- lər uşaq bağçaları ilə əlaqədə olur və onlara dəstək göstərirlər. Uşaqların millilik ruhunda tərbiyə edilməsində valideynlər və pedaqoqlar daim əməkdaş- lığı öz müsbət təsirini göstərir. Çünki uşaqların yaşadığı mühit nə qədər milli dəyərlərlə zəngin olsa uşaq daha çox əxlaqi keyfiyyətlərə, mənəvi dəyərlərə yiyələnəcək. Valideynlər uşaqlarla keçirilən bütün kütləvi tədbirlərdə, təlimdə, problemlərin həllində iştirak etməyə cəlb edilirlər. Valideynlər tərbiyəçilərlə birlikdə uşağın inkişafının stimullaşdırılmasında fəal iştirak edir, səy göstərirlər. Bunun üçün, ilk növbədə, qruplarda mənimsənilən bilik və bacarıqlar ailədə möhkəmləndirilir. Belə bir qarşılıqlı əməkdaşlıq uşağın əqli fəaliyyətinin zənginləşməsinə, özünəinamın yaranmasına, nəticə etibarilə, məktəb həyatına daha rahat uyğunlaşma dövrünü keçməyə təsir göstərir.
«Koroğlu» operasının uvertürası Üzeyir Hacıbəyli (1885–1948) — Opera, 1937