Məktəbəqədər yaşlı uşaqların sosial-əxlaqi inkişafı
Xülasə
Məktəbəqədər yaşlı uşaqların sosial-əxlaqi inkişafı Məktəbəqədər pedaqogikada sosial-şəxsi inkişafa kompleks proses kimi baxılır. Uşaq yaşamalı olduğu cəmiyyətin dəyərlərini, ənənələrini, mədəniyyətini mənimsəyir. Bu prosesin metodoloji əsası, insan və cəmiyyətin qarşılıqlı əlaqəsi haqqında insanın bir dəyər olaraq nəzərdən keçirilməsi (aksioloji yanaşma), ətraf mühitin və özünün dəyişdirilməsində insanın fəal rolu haqqında fəlsəfi fikirdir. Uşaqların sosial inkişafının çətinlikləri uşaqların böyüklər aləmində yaşamaları, öz üzərində sosial-iqtisadi bərabərsizliyi, insanlar arasında qarşılıqlı münasibətlər və ünsiyyət mədəniyyətini, xeyirxahlıq və diqqət qıtlığını hiss etmələri ilə izah olunur. Sosial davranış təzahürünün qeyri-əlverişli variantları çox vaxt ətrafdakıların mənfi hərəkətləri, bir sıra televiziya verilişlərinin təsiri altında yaranır. Psixoloji-pedaqoji ədəbiyyatda uşağın sosial inkişafının ana xətti, pedaqoji işin məzmunu, uşaqların sosial aləminin formalaşdırılması texnologiyası göstərilmişdir. Bu məsələlərin həyata keçirilməsi, pedaqoqlar və valideynlər tərəfindən hər bir uşağın unikallığı qəbul olunmadan, cins, fərdilik, psixikanın yaş xüsusiyyətləri nəzərə alınmadan mümkün deyil. Sosial inkişafın psixoloji əsasları bir çox görkəmli alimlərin tədqiqatlarında açıqlanır.
Açar sözlər
məktəbəqədər
sosial
fəaliyyət
aktual Psixoloji-pedaqoji ədəbiyyatda uşağın sosial inkişafının ana xətti
pedaqoji işin məzmunu
uşaqların sosial aləminin formalaşdırılması texnologiyası göstərilmişdir. Bu məsələlərin həyata keçirilməsi
pedaqoqlar və valideynlər tərəfindən hər bir uşağın unikallığı qəbul olunmadan
cins
fərdilik
psixikanın yaş xüsusiyyətləri nəzərə alınmadan mümkün deyil. С.Мухтарлы СОЦИАЛЬНО-ПОВЕДЕНЧЕСКОЕ РАЗВИТИЕ ДЕТЕЙ ДОШКОЛЬНОГО ВОЗРАСТА Ключевые слова: дошкольное
соци